Barselonada keçirilən “Mobile World Congress 2017” sərgisində “Sony Xperia XZ Premium” ən “ağıllı” telefon seçilib.
Təhsil-press.az xarici saytlara istinadla xəbər verir ki, bu “ağıllı” telefon fotonun keyfiyyətindəki mükəmməlliyi təmin edən “motion eye” kamera moduluna və dünyanın ilk “4k HDR” ekranına malikdir.
“Sony” şirkətinin mobil rabitə üzrə icraçı direktoru Hitoki Totoki bildirib ki, “Xperia XZ Premium” bu günədək texnoloji baxımdan ən inkişaf etmiş “ağıllı” telefondur. Telefon indiyədək biznes tərəfdaşlarımız, media, istehlakçılar və sənaye sahəsi ilə məşğul olanlar tərəfindən çox müsbət dəyərləndirilib.
“Sony Xperia XZ Premium” yaxın vaxtlarda satışa çıxarılacaq.
Təhsil-press.az