UNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilib

UNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilib UNEC-in rektoru, professor Ədalət Muradov Gənc Müəllimlər Şurasının üzvləri ilə görüşüb.
Tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də Gənc Alimlər Şurasının yaradılmasını bu istiqamətdə atılan mühüm addımlardan biri kimi dəyərləndirən rektor növbəti mərhələdə şuranın işinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Ə.Muradov ötən illərlə müqayisədə UNEC-in alimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan əsərlərinin sayının nəzərəçarpacaq dərəcədə artdığını qeyd edərək, cəmiyyətin xüsusi diqqətinə səbəb ola biləcək tədqiqatların artırılmasının da zəruri olduğunu bildirib.
UNEC-də Differensial Əməkhaqqı Sisteminin tətbiqindən sonra alimlər arasında rəqabətin daha da artdığına və elmi fəaliyyətin genişləndiyinə diqqət çəkən rektor universitetdə pedaqoji heyətin stimullaşdırılması və elmi potensialının artırılması istiqamətində mütəmadi olaraq layihələrin həyata keçirildiyini bildirib. Hər il gənc müəllimlərin Avropa və Türkiyənin nüfuzlu universitetlərində elmi tədqiqatlar apardığını, elmi tədqiqat layihələrində iştirak etdiklərini, sertifikat proqramlarına qatıldığını vurğulayıb. UNEC-də 10-a yaxın tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini bildirən Ə.Muradov konkret tədqiqat sahələri üzrə ixtisaslaşmış mərkəzlərin formalaşdırılmasının vacibliyindən danışaraq, növbəti mərhələdə “monetar iqtisadiyyat” və “iqtisadi klinika” mərkəzlərinin yaradılacağını da bildirib.
Görüşdə fundamental və tətbiqi elmi tədqiqatların aparılması üçün əlverişli şəraitin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Gənc alimlərin konkret tədqiqat sahələri üzrə ixtisaslaşmaları, tədqiqat bacarıqlarını daim təkmilləşdirmələri, yerli və beynəlxalq donorlardan tədqiqat qrantları cəlb etmələri şuranın gələcək fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edilib. Eyni zamanda iqtisadiyyatın müxtəlif sahələri üzrə xaricdə nəşr edilən yeni kitabların Azərbaycan dilinə tərcümə edilməsində UNEC-in gənc alimlərinin geniş potensialından istifadə etmənin önəmi də vurğulanıb.
Gənc alimlər elmi tədqiqatların stimullaşdırılması istiqamətində təkliflərlə çıxış ediblər. Onlar şuranın fəaliyyətini təkmilləşdirmək məqsədilə yeni İdarə Heyəti üzvlərini, Şuranın sədr müavinini və şuranın tərkibində konkret istiqamətlərə rəhbərlik edəcək koordinatorları seçiblər. Beləliklə, bundan sonra Şuranın tərkibində elmi tədqiqat layihələri, elmi tədbirlər, elmi nəşrlər, monitorinq və ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə beş koordinator fəaliyyət göstərəcək.

UNEC-in Mətbuat Xidməti


UNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilibUNEC-in gənc alimlərinin gələcək prioritetləri müəyyənləşdirilib

Oxşar xəbərlər