Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqat sahəsində ixtisaslaşmanı təmin etmək məqsədilə beş araşdırma mərkəzi yaradılıb. Bununla bağlı UNEC-in elmi şurasında qərar qəbul olunub.
Iclasda ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış tədqiqat qrupları yaradılmasının zəruriliyi vurğulanıb. Qərara əsasən universitetdə UNEC Empirik Tədqiqatlar Mərkəzi, Rəqəmsal İqtisadiyyatın Tədqiqi Mərkəzi, Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi, Elektron-pul Araşdırma Mərkəzi və Koqnitiv İqtisadiyyat Mərkəzi yaradılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi