Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elmi tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu elmi nəşrlərdə dərc olunması mexanizmi” mövzusuna həsr edilən təlim-seminar keçirilib.
Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elmi tədqiqat sahəsində modern universitetlər: çağırışlar və real imkanlar” mövzusunda çıxış edib. Professor yeni texnologiyaların ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətindən danışıb. Dünya elminə inteqrasiyanın vacibliyindən söz açan professor elm və təhsilin vəhdətinin yeni tələblərə uyğun istiqamətdə aparılmasında innovasiyanı mühüm amil kimi dəyərləndirib.
“Clarivate Analytics” jurnalının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə, “Applied and Computational Mathematics”in aparıcı redaktoru professor Yusif Qasımov və digər çıxış edənlər beynəlxalq elmi jurnallarda məqalə çapı ilə bağlı mövcud problemlərdən söz açıblar. Təlim iştirakçıları beynəlxalq nüfuzlu elmi jurnallarda məqalə qəbulu, elmi ədəbiyyatlardan istifadə qaydaları və elmi istinadlar barədə məlumatlandırılıblar.

UNEC-in Mətbuat Xidməti