Fevralın 4-də məktəblilərin respublika fənn olimpiadalarının birinci mərhələsinə başlanılacaq.
Bununla bağlı yanvarın 30-da Təhsil Nazirliyində brifinq keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov respublika fənn olimpiadaları iştirakçılarının sayının ildən-ilə artdığını diqqətə çatdırıb. C.Valehov istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərin fənlərə marağının artırılması, onların həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından bu layihələrin əhəmiyyətini vurğulayıb.
Sonra Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev olimpiada prosesi barədə məlumat verib. O deyib: “Bu il Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix daxil olmaqla səkkiz fənn üzrə 33 min 112 şagirdin iştirakı ilə əlaqədar yerlərdən müraciətlər qəbul edilib. Bu mərhələdə Bakı şəhərindən 6 min 326 şagird, Naxçıvan Muxtar Respublikasından isə 652 şagird iştirak edəcək. Olimpiadaya ən çox şagird – 7 min 387 nəfər Azərbaycan dili və ədəbiyyat fənnindən, 7 min 311 nəfər riyaziyyat fənnindən, ən az şagird isə (721 nəfər) informatika fənnindən qatılacaq. Olimpiadada 12 min 22 nəfər 9-cu sinif şagirdi iştirak edəcək. Onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11 min 195 nəfər 10-cu, 9 min 895 nəfər isə 11-ci sinif şagirdləridir. Onlardan 31 min 326 nəfəri Azərbaycan, 1.786 nəfər isə rus bölməsində təhsil alır”.
E.Əmrullayev bildirib ki, üç mərhələdən ibarət olacaq olimpiadanın final mərhələsinə hər fənn üzrə 60 ən yaxşı şagird qatılacaq. Final mərhələsində iştirak edən şagirdlərin hər birinə olimpiadanın “İştirakçı” sertifikatı təqdim olunacaq. Qaliblər birinci, ikinci və üçüncü dərəcəli diplomlar və qızıl, gümüş, bürünc medallarla təltif olunacaqlar. Hər bir fənn üzrə qaliblər arasından “Birincilərin birincisi” nominasiyasına görə də şagirdlər mükafatlandırılacaqlar.
Qeyd edilib ki, ötən il respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsində 30 minədək şagird iştirak edib. Olimpiadada səkkiz fənn üzrə 263 qalib müəyyənləşdirilib. Onlardan 48-i qızıl, 85-i gümüş, 130-u isə bürünc medala layiq görülüb.
Kəmalə Rəhimli