Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.
Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 534 şagird final tur üçün vəsiqə qazanıb.
Şagirdlərin nəticələri rayon (şəhər) təhsil şöbələrinə( idarələrinə) göndərilib. Olimpiada iştirakçıları nəticələrini oxuduqları məktəblərdən əldə edə bilərlər.
Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.
Respublika fənn olimpiadalarının final turu aprel ayında keçiriləcək.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi yanvarın 15-də keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər