Məktəbəqədər təhsil UNİCEF –in diqqət mərkəzində

Məktəbəqədər təhsil UNİCEF –in diqqət mərkəzində 22. 04. 2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) Məktəbəqədər təhsilin kurikulumu şöbəsi və UNİCEF azərbaycan nümayənləri ilə görüş keçirilib. Görüşdə UNİCEF - in nümayəndələri Afaq Abdinova, Şərafət Şirinli və beynəxalq məsləhətçi Niderlandlı Yan Van Revens, ARTPİ-nin direktoru müavini Ənvər Abbasov, Məktəbəqədər təhsilin kurikulumu şöbəsi müdiri Laləzar Cəfərova, şöbənin əməkdaşları böyük elmi işçi Kifayət Məmədova, elmi işçi İlahə Qafarova iştirak edib. UNİCEF - in nümayəndəsi Şərafət Şirinli Respublikamızda məktəbəqədər təhsilin genişləndirilməsi mövzusunda elektron təqdimatla çıxış edib. O, qeyd edib ki, məqsəd məktəbəqədər təhsil imkanlarının genişləndirilməsidir. Bu məqsədə nail olmaq üçün UNİSEF aidiyyatı qurumlara öz köməyini təklif etmişdir. Gələcəkdə bu istiqamətdə əsaslı işlərin görülməsi nəzərdə tutulur.
Sonra, konkret olaraq məktəbəqədər təhsilin genişləndirilməsi yerli səviyyədə necə baş verə bilər?, Bunun üçün hansı imkanlar və maneələr mövcuddur? kimi suallar ətrafında müzakirələr aparıldı.

Məktəbəqədər təhsil UNİCEF –in diqqət mərkəzində

Məktəbəqədər təhsil UNİCEF –in diqqət mərkəzində

Məktəbəqədər təhsil UNİCEF –in diqqət mərkəzində

tehsil-press.az

Oxşar xəbərlər