Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq genişlənir

Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq genişlənir Təhsil Nazirliyində UNICEF-in nümayəndə heyəti ilə görüş olub.
Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsində aparılan islahatlardan, inklüziv təhsil sahəsində görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu istiqamətdə UNICEF ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
UNICEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib.
Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsinin nəticəsinin UNICEF tərəfindən qiymətləndirilməsinin aparılması imkanları, eləcə də hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər