Moskvadan Azərbaycanın 3 şəhərinə reyslər ləğv olundu

Moskvadan Azərbaycanın 3 şəhərinə reyslər ləğv olundu Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “VİM-Avia” şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.
Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.
İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.
Qeyd edək ki, “VİM-Avia” şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər