Türkiyə qaçqınlara 30 milyard dollar xərcləyib

Türkiyə qaçqınlara 30 milyard dollar xərcləyib Türkiyə suriyalı qaçqınların probləmlərinin həll edilməsi üçün BMT standartlarında xidmət göstərir.
Quriyalı qaçqınlara göstərilən xidmətlərdən onların mənzillə təmin edilməsi, təhsil, səhiyyə və təhlükəsizlik problemləri başda yer tutur.
Müharibədən qaçan suriyalı qaçqınlara Baş Nazirliyin təcili və fövqəladə hallar idarəsinin (AFAD) nəzarətində yeni imkanlar təqdim edən Türkiyə dünyadaki suriyalı qaçqınlarının yarısından çoxunu tək başına qonaq edir.
Buna görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Türkiyənin “ən çox qaçqına ev sahibliyi edən ölkəsi”, BMT Uşaqlara Yardım Fondu (UNİCEF) isə Türkiyəni “dünyanın ən çox qaçqın uşağa ev sahibliyi edən ölkəsi” elan edib.
Son məlumatlara görə, Türkiyəyə gələn suriyalı qaçqınların sayı 3 milyon 506 min 532 nəfərə çatıb. Onlara göstərilən xidmət üçün isə 30 milyard 285 milyon 573 min dollar xərclənib.

Tehsil-press.az

Oxşar xəbərlər