Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib.
Tehsil-press.az-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, o, Azərbaycanın bu foruma ev sahibliyi etdiyinə görə İlham Əliyevə təşəkkür edib: “Ailəmizə son qatılan Qırğızıstana da təşəkkür edirəm”.
Ərdoğan radikal axınlara qarşı mübarizədə olan uğursuzluqları da etiraf edib:
“Suriya, İraq, Fransa, Pakistan, Türkiyə, İspaniya, Belçikada partlayan bombalar ard-arda gerçəkləşdi. Biz şiddəti doğuran səbəblərdən biri kimi dialoqu, uzlaşmanı, ortaq anlayışı dünyada yarada bilmədik. 21-ci yüzilliyin bu probleminin həlli üçün təhlükəli gedişlərə son verməliyik. Bu gün 60 milyon insan ölkəsindəki qarşıdurmalara görə yurdlarını tərk edir. Aralarında daha çox qadın və uşaqların olduğu bu məsum insanlar çıxdıqları yolda daha ağır nəticələrlə qarşılaşırlar.
“Terrorçu təşkilatların mədəniyyəti, dini, ölkəsi olmur. Məsum insanların ölümünü heç bir din təqdir etməz”.
Erdoğan ölkələrindən Türkiyəyə pənah gətirən qaçqınlara qapılarının hər zaman açıq olacağını deyib: "Biz o insanları ölümə verə bilmərik".
tehsil-press.az