Gəncə Dövlət Universitetində (GDU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ali məktəbin rektoru, professor Yusif Yisibov anım mərasimində Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışıb. O, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğını tarixdə misli-bərabəri olmayan faciə adlandıraraq, bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirib.
Rektor ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq, bu istiqamətdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən universitetin əməkdaşı Arifə Əhmədli Xocalı soyqırımının səbəb və nəticələrindən, eləcə də bu dəhşətli faciənin soyqırımı aktı kimi dünya birliyinə çatdırılması istiqamətində atılan addımlardan bəhs edib.
Anım mərasimi tələbələrin hazırladığı Xocalı hadisələrini əks etdirən “Mən Xocalıyam” ədəbi-bədii kompozisiyası ilə sona çatıb.

Yusif ƏLİYEV