“ADA” Universitetində fevralin 27-dən martın 2-dək altıncı Karyera Həftəsi keçirilir. Kapital Bank və AZERSUN Holding-in dəstəyi ilə bu günlərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən cox şirkət nümayəndələri Universitetdə tələbə və məzunlara təqdimatlar keçirir, məşğulluq bazarı barədə gənclərdə təsəvvür yaradır, karyerada uğur qazanma ilə bağlı məsələhətlər verir və işçi qüvvəsi axtarırlar. Karyera Həftəsinin sonuncu günü, martın 2-si isə ADA Universitetində təşkil olunan Karyera Yarmarkasında 2000-dən cox tələbə və məzun şirkətlərin İnsan Resursları nümayəndələri ilə bilavsitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı əldə edirlər. “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən yarmarkada tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumları ilə təmasda olur, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaradırlar. İlk dəfə olaraq Karyera Həftəsi çərçivəsində ADA Universiteti onun ən çox sayda tələbə və məzunlarını işə qəbul edən şirkətləri mükafatlandıracaq.
Həftənin təşəbbüskarı olan ADA Universitetinin Karyera Mərkəzi tələbələri ilk qəbul oldquları ildən başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda staj təcrübəsi qazanmağa yönləndirir. Əksər tələbələr staj təcrübəsi topladığı qurumlarda iş təklifi alırlar. Bunun nəticəsi olaraq ADA Universiteti məzunları arasında məşğulluq göstəricisi 90%-dir.
Media nümayəndələri üçün Karyera Həftəsinin təşkilatçıları: ADA Universitetinin Karyera Mərkəzinin direktoru Gülnür İsmayıl, Kapital Bank-ın Insan Resursları üzrə direkotru Fərqanə Məmmədova və AZERSUN Holding-in Biznez İnkişafına Dəstək üzrə direktoru Afiq Səfərovla mövzu ilə bağlı müsahibələr almaq imkanı təşkil olunacaq.

ADA-nın Mətbuat Xidməti