Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ikinci məzun-karyera sərgisi açılıb.
Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Ali məktəblərlə sənaye müəssisələri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayan rektor ADNSU-nun bu istiqamətdə səmərəli iş apardığını, uğurlu nəticələr əldə edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, hazırda universitetdə sənaye müəssisələrinin marağına uyğun mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.
Tədbir iştirakçılarına sərgi barədə məlumat verilib.
Bildirilib ki, sərgidə 56 şirkət məzunlara ümumilikdə 239 vakant iş yeri təklif edir.
Sərgidə “Halal – P”, “SOCAR – AQS”, SOCAR, “Azersu” ASC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, AtaHolding, “Azersun” və digər şirkətlər iştirak edirlər.
Sonra şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə ətraflı məlumatlar veriblər.
ADNSU-nun Mətbuat Xidməti