Dekabrın 3-də ABŞ təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi, Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Mərkəzi və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə karyera günü və iş yarmarkası keçirilib.
ADU-nun İnformasiya Resurs Kompleksindəki Amerika Mərkəzində təşkil olunan tədbirdə ABŞ universitetlərinin məzunları, özəl sektorda, dövlət qurumlarında və biznes sahəsində çalişan təcrübəli mütəxəssislər iştirak ediblər.
İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva belə yarmarkaların gənclərin karyera qurmasında və gələcək fəaliyyətlərində önəmini qeyd edib. Bildirilib ki, tədbirin keçirilməsinin əsas məqsədi biznes və dövlət strukturları üçün yeni, təcrübəli və iş axtarışında olan kadrlar arasında vasitəçi rolunu oynamaqdır.
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil qeyd edib ki, Azərbaycanda ABŞ mübadilə proqramlarının beş mındən çox məzunu var. Onlar ABŞ-da aldıqları təhsil sayəsində seçdikləri ixtisas üzrə dövlət və özəl qurumlarda aparıcı mütəxəssis kimi Azərbaycanın inkişafında böyük rol oynayırlar. V.Gil: “Mən inanıram ki, ABŞ təhsili məzunların dünyagörüşünə təsir göstərib və onların karyerada irəliləməsinə kömək edib. Ümid edirəm ki, ABŞ-da təhsil almış məzunlar bu gün iştirakçılara dəyərli məsləhətlər verəcəklər. Yarmarkada iştirak edən gənclər həm iş tapmaq imkanı, həm də yerli təşkilatların nümayəndələri ilə görüşüb təcrübə imkanları əldə edəcəklər”.
Yarmarkada “Coca Cola”, “Hilton otel”, “Azərsun”, “Asan kadr”, “Procter and Gamble”, “Dərs Evi”, “Azercell” və digər şirkətlər vakant iş yerlərini tədbir iştirakçılarına təqdim ediblər.

ADU-nun Mətbuat Xidməti