Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Karyera sərgisi keçirilib.
Sərgidə 35-dək şirkətin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri universitetin tələbə və məzunlarına vakant iş yerlərini təklif ediblər.
Tədbirdə 1500-dən çox tələbə və məzun iştirak edib.
Şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Karyera sərgisi barədə fikirlərini bölüşən rektor təhsil müəssisəsi ilə şirkətlər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. M.Babanlı, eyni zamanda, tələbələrin müəssisələrdə təcrübə keçmələrinin çox önəmli olduğunu söyləyib və qeyd edib ki, bundan sonra hər ilin may və dekabr aylarında məzun karyera sərgilərinin keçirilməsi planlaşdırılır.
Şirkət rəhbərləri ADNSU-nun təşkilatçılığı ilə keçirilən karyera sərgisinin əhəmiyyətini vurğulayıblar.
ADNSU-nun Mətbuat Xidməti