Fevralın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) SOCAR-ın daxili təqaüd proqramının təqdimatı olub.
Tədbirdə AzTU-nun prorektoru, professor İsa Xəlilov SOCAR-ın gənclərlə bağlı reallaşdırdığı layihələrin üstünlüklərindən və əhəmiyyətindən danışıb, tələbələrə bu cür layihələrdə fəallıq göstərməyi tövsiyə edib. Diqqətə çatdırılıb ki, SOCAR-ın müntəzəm olaraq həyata keçirdiyi bu proqramlar gənclərə uğurlu karyera qurmaq üçün əlverişli imkan yaradır.
İ.Xəlilov Prezident İlham Əliyevin gənclərlə bağlı dövlət proqramlarına uyğun olaraq SOCAR-ın gənclərə qayğı məqsədilə həyata keçirdiyi təqaüd layihələrinə görə şirkət rəhbərliyinə minnətdarlığını bildirib.
SOCAR-ın insan resursları departamentinin nümayəndəsi Qoşqar Qurbanlı təmsil etdiyi qurumun həyata keçirdiyi daxili təqaüd proqramı, Yay məktəbi layihəsi və ödənişli yay təcrübəsi proqramı haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, daxili təqaüd proqramının həyata keçirilməsinin məqsədi istedadlı gənc neftçi mütəxəssislər yetişdirmək, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirməkdir. Proqramın şərtləri və müraciət qaydaları haqqında ətraflı məlumat verən Q.Qurbanlı bildirib ki, SOCAR-ın AzTU-da təhsil alan yüksəkixtisaslı kadrlara ehtiyacı var.
Diqqətə çatdırılıb ki, təqaüd müsabiqələrinin qalibləri, həmçinin yaxşı nəticə göstərən tələbələr gələcəkdə SOCAR-a işə qəbul zamanı müsabiqədənkənar işlə təmin olunurlar.
Sonda tələbələrin sualları cavablandırılıb.

AzTU-nun Mətbuat Xidməti