Azərbaycan Universitetində Konfutsi Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Universitetində  Konfutsi Mərkəzi fəaliyyətə başlayıb Azərbaycan Universitetində Konfutsi Mərkəzinin açılışı olub. Mərkəz Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki Konfutsi İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək. Mərkəzdə Çin mədəniyyətinin öyrənilməsi və Çin dilinin tədrisi də nəzərdə tutulur.
Açılış münasibəti ilə keçirilən tədbirdə institutun tarixi və missiyası, Azərbaycandakı və dünyadakı fəaliyyəti haqqında məlumat verilib. İnstitutun Çin üzrə direktoru xanım Luo Siaocı qeyd edib ki, dünyada ilk Konfutsi İnstitutu 2004-cü ildə Koreyanın paytaxtı Seulda açılıb. Azərbaycanda isə 2011-ci ildə fəaliyyətə başlayıb. Xanım Luo Siaocı deyib: “İnstitutun missiyası Çin mədəniyyətinin və fəlsəfəsinin bütün dünyada təbliğ edilməsi, Çinlə digər ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Azərbaycanda Çin dilinin tədrisi bu qurum vasitəsilə təşkil olunur. İnstitut 7 illik fəaliyyəti ilə Çin və Azərbaycan arasında möhkəm dostluq əlaqələri qurulmasına mühüm töhfələr verib”.
Qonaq çıxışında institut tərəfindən təşkil olunan kurslar, yaradılan təhsil və təqaüd imkanları, Çin dili üzrə beynəlxalq sertifikatın karyera perspektivləri, həmçinin “Çin dili körpüsü” beynəlxalq müsabiqəsi haqqında məlumat verib.
Tədbirdə universitetin müəllim-tələbə heyəti üçün Çin dilinin tədrisi üzrə nümunəvi dərs nümayiş olunub. Açılış tədbiri iştirakçılar üçün ənənəvi Çin çay mərasiminin təşkil olunması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində  Konfutsi Mərkəzi fəaliyyətə başlayıbAzərbaycan Universitetində  Konfutsi Mərkəzi fəaliyyətə başlayıbAzərbaycan Universitetində  Konfutsi Mərkəzi fəaliyyətə başlayıbAzərbaycan Universitetində  Konfutsi Mərkəzi fəaliyyətə başlayıb

Oxşar xəbərlər