Litva Böyük İpək Yoluna maraq göstərir

Litva Böyük İpək Yoluna maraq göstərir ADDA-nın qonağı olan Litva Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru Rima Miskiene martın 1-də Akademiyanın akt zalında “Baltik dənizinin şərq sahilindəki dəniz limanlarının fəaliyyətinin təhlili: regional və intermodal baxış” mövzusunda açıq mühazirə ilə çıxış edib. Mühazirəyə professor-müəllim və tələbə heyəti dəvət olunub.
Rima Miskiene çıxışında Baltikyanı ölkələrlə yanaşı, Şimali Avropanın ən iri limanlarının yük dövriyyəsi, daşınan yüklərin çeşidi, daşımaların effektivliyi barədə ətraflı təhlil verib. O, bildirib ki, Litva Böyük İpək Yoluna maraq göstərir və Avropadan gələn yüklərin Ukrayna, Qara dəniz, Azərbaycan və Xəzərdən keçməklə Çinə çatdırılmasında sıx əməkdaşlığın tərəfdarıdır.
Açıq mühazirə müəllimlər və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Hüseyn Şərifov


Litva Böyük İpək Yoluna maraq göstərir

Litva Böyük İpək Yoluna maraq göstərir

Oxşar xəbərlər