Növbəti master-klass maraqla dinlənilib

Növbəti master-klass maraqla dinlənilib 15 dekabr 2017-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının Akt zalında professor-müəllim heyəti, doktorant, dissertant, magistr və tələbələr üçün “Gəmiqayırma və gəmi təmiri” kafedrasının professoru, texnika elmləri doktoru A.T.Məmmədovun “Qaynağın fiziki-metallurji əsasları” mövzusunda master-klass dərsi təşkil olunub.
Geniş auditoriya kütləsi üçün nəzərdə tutulan mühazirə “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin böyük marağına səbəb olub.
Master-klass zamanı prof. A.T.Məmmədov yüksək səviyyədə hazırlanmış prezentasiya və mövzu ilə əlaqədar əyani vəsaitlər təqdim edib.
Gələcəkdə gəmi inşaatçıları olacaq II-III kurs tələbələri və magistrlər mühazirəçiyə qaynaq prosesləri barədə xeyli sayda suallar veriblər və dərs interaktiv diskussiya formasında davam edib.

ADDA-nın Mətbuat Xidməti


Növbəti master-klass maraqla dinlənilibNövbəti master-klass maraqla dinlənilib

Oxşar xəbərlər