Qəzaya düşən təyyarənin pilotu itkindir - İran açıqladı

Qəzaya düşən təyyarənin pilotu itkindir - İran açıqladı İranın məhkəmə-tibbi ekspertizası təyyarə qəzasında həlak olan sərnişinlər üzərində apardığı DNK analizlərinin nəticəsində cəsədlərin sadəcə 10 şəxsə aid olduğunu açıqlayıb.
Qurumun rəsmi saytı açıqlamasında bəyan edib ki, testin nəticəsində onlara təslim edilən 11 cəsəddən birinin əslində digər şəxslərə aid parçalar olduğu müəyyən edilib. Beləliklə də, 11 nəfərdən biri hələ də itkin hesab edilir.
Həmin şəxs isə cəsədi təsbit edilmədiyi üçün adı qurumun elan etdiyi siyahıda olmayan pilot Beril Gebeşdir.
Digərlərinin cənazəsi isə artıq Türkiyədədir.
Xatırladaq ki, BƏƏ-dən İstanbula gedən “Başaran Holding”ə aid şəxsi təyyarə İranda qəzaya düşüb. Üçü ekipaj üzvü olmaqla 11 qadın həlak olub. Göyərtəsində “subaylığa vəda” partisindən qayıdan iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və rəfiqələri olub.

Tehsil-press.az

Oxşar xəbərlər