Səudiyyə Ərəbistanında qadınların qara rəngli çarşab geyinmələri ilə bağlı qərar dəyişir.
Məhəmməd bin Salman ABŞ səfəri öncəsi verdiyi açıqlamada qadınların ədəbli geyinəcəkləri təqdirdə qara çarşab və ya hicab geyinməyə biləcəklərini deyib:
“Şəriət qanunları məlumdur. Qadınlar da kişilər kimi ədəbli geyinməlidirlər. Bu, xüsusi olaraq qara çarşab və ya qara hicab taxılması mənasına gəlmir. Necə ədəbli geyinə biləcəkləri ilə bağlı qərar onların seçiminə buraxılıb”.
Vəliəhdin bu açıqlamasından sonra ölkədə hicabla bağlı qanunvericiliyin dəyişib-dəyişməyəcəyi bilinmir.
Qeyd edək ki, Məhəmməd bin Salman vəliəhd elan edildikdən sonra qadınlara avtomobil sürməyə icazə verən qanun qəbul edib, həmçinin qadınların stadionlara və teatrlara girişinə icazə vermişdi.
Tehsil-press.az