Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub.
Bunu martın 20-də - Novruz bayramı günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşü zamanı deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirərək deyib:
"Mən hamınızı salamlayıram və Novruz bayramı, həmçinin fürsətdən istifadə edərək bu yaxınlarda qeyd olunan Beynəlxalq Qadınlar Günü münasibətilə Sizə təbriklərimi çatdırıram. Novruz Azərbaycanda ən qədim və sevimli bayramlardan biridir. Novruz yazın rəmzidir və mən sizin hər birinizə və ailələrinizə cansağlığı, böyük xoşbəxtlik və sevgi arzulamaq istərdim. Mən, həmçinin sizin burada - Azərbaycanda təmsil etdiyiniz ölkələrə hörmətimi ifadə etmək, xalqlarınıza sülh və əmin-amanlıq arzu etmək istərdim. Mən "HOMS Qrupu Səfir Xanımları Cəmiyyəti"nin fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin şəxsi səviyyədə fəaliyyətiniz ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.
Əziz dostlar, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı məkan olub. Bu gün müasir Azərbaycanda biz fəxr edirik ki, ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq və multikulturalizm mərkəzlərindən biri kimi yaxşı tanınır. Bu il bizim üçün çox əlamətdar bir ildir. Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub saxlayırıq. Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar atmışıq. Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir.
Yüz il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın əsasını qoydu. Əfsuslar olsun ki, o, cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bir sıra böyük əhəmiyyət kəsb edən qərarlar, o cümlədən qadınlara səs vermək hüququnun verilməsi ilə bağlı qərar qəbul etdi. Bu gün müasir Azərbaycanda biz dövlətçilik, demokratiya və hüquqların bərabərliyi ənənələrini qoruyub saxlayırıq. Müasir Azərbaycanda qadınlarımız həyatımızın müxtəlif sahələrində çox fəaldırlar. Onlar siyasi, iqtisadi və sosial sahələrdə fəaldırlar. Müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz çətinliklərə baxmayaraq, Azərbaycan öz sürətli inkişafını təmin edə bildi. Biz siyasi, iqtisadi və sosial sahələrdə bir çox mühüm addımlar atmışıq. Bu gün Azərbaycan təkcə region üçün deyil, həm də Avropa üçün əhəmiyyət kəsb edən infrastruktur, enerji və nəqliyyat sahələrində bir çox genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşir və Azərbaycan həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan az sayda ölkələrdən biridir".
Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti bildirib:
"Əziz dostlar, bu gün əfsuslar ki, bütün dünyada çox sayda münaqişə, müharibə, yüz minlərlə günahsız insanın öldürülməsinin şahidi olduğumuz bir dövrdə sülh və əmin-amanlığı təmin etməyin yolunun dialoq və qarşılıqlı hörmət olduğunu nümayiş etdirmək çox vacibdir. Buna görə, Azərbaycan qarşılıqlı anlaşma və dialoq üçün beynəlxalq platformanın yaradılmasına bu qədər sadiqdir. Mən bir daha sizin hamınıza humanitar sahədə fəal mövqeyinizə, xeyriyyəçilik sahəsində fəaliyyətinizə görə minnətdarlığımı ifadə etmək istərdim. Mən tam əminəm ki, mehribanlıq və səxavətlilik dünyamızı daha da yaxşılaşdıra bilər. Mən inanıram ki, humanizm, mərhəmət və sevgi bizim həyatımızı daha da xoşbəxt edir. Mən bir daha sizə dərin təşəkkür edirəm. Sizin hamınızı salamlamağa çox şadam. Mən Novruz bayramı münasibətilə bir daha təbriklərimi çatdırıram. Bir daha sizin hər birinizə və ailələrinizə xoşbəxtlik arzulamaq istərdim və ümid edirəm ki, görüşümüzdən, Azərbaycan mətbəxi və gözəl Azərbaycan musiqisindən zövq alacaqsınız. Xoş gəlmisiniz. Novruz bayramınız mübarək!"
Görüşün sonunda xatirə şəkli çəkdirildi.
Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olundu.

Tehsil-press.az

Oxşar xəbərlər