Çavuşoğlu: Niderland Türkiyədən rəsmi üzr istəməlidir

Çavuşoğlu: Niderland Türkiyədən rəsmi üzr istəməlidir Niderland höküməti Türkiyədən rəsmi olaraq üzr istəməlidir, lakin düşünürəm ki, bu da yetərli olmayacaq.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Niderland rəsmilərinin mövqeyi yolverilməzdir. “Bu dərəcədə utanc verici hərəkətlərə hətta nasizm dövründə rast gəlinməyib”.
Xarici işlər naziri bildirib ki, polis qadın nazirin qarşısında duraraq onun baş konsulluğa daxil olmasına mane olub. “Baş konsulluq Türkiyənin ərazisidir. Türkiyənin baş konsulunu diplomatik missiyanın binasından buraxmayıblar. Dinc etiraz aksiyasının üzvlərinə qarşı itlər buraxılıb”.
Çavuşoğlu Ankaranın mütləq bu hadisələrə reaksiya verəcəyi və cavab tədbirləri görüləcəyini bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər