Niderland Türkiyə ilə diplomatik əlaqələri kəsib

Niderland Türkiyə ilə diplomatik əlaqələri kəsib Niderland krallığı Türkiyədəki fövqəladə və səlahiyyətli səfirini geri çağırıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.
Niderlandın Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyənin də Niderlanda yeni səfir təyin edəcəyi halda səfirin qəbul edilməyəcəyi qeyd olunub. Amsterdam Ankara ilə diplomatic əlaqələri kəsdiyini bəyan edib.
Türkiyə ilə məsələ ilə bağlı müzakirələrin dayandırıldığı bildirilib.
Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti “arzuolunmaz şəxs” (“persona non-qrata”) elan edib. Həmin il martın 11-də isə Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.
Bu hadisələrdən sonra Türkiyənin Xarici İşlər Nazirliyi Niderlandın Ankaradakı səfirini “arzuolunmaz şəxs” elan edib. Türkiyə krallıqdakı səfirini isə etiraz olaraq, geri çağırmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər