Perunun bütün nazirləri prezidentin ardı ilə istefa veriblər

Perunun bütün nazirləri prezidentin ardı ilə istefa veriblər Peruda bütün nazirlər istefa barədə ərizə yazıblar.
Bu addım ölkə prezidenti ilə həmrəylik əlaməti olaraq atılıb.
Xatırladaq ki, daha öncə Peru prezidenti Pedro Kuçinski konqresmenlərə rüşvət verməsi ilə əlaqədar yaranmış qalmaqal fonunda istefa barədə ərizə verib.
Kuçinski canlı yayımda əhaliyə müraciət zamanı istefa verdiyini bəyan edib. "Perunun inkişafı üçün maneə olmaq istəmirəm. İstəmirəm ki, ölkə və mənim ailəm əziyyət çəksin”, - deyə Kuçinski bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər