Tillerson istefa verir? - Özü cavab verdi ki...

Tillerson istefa verir? - Özü cavab verdi ki... Reks Tillerson özü haqqında üçüncü şəxs qismində danışaraq bildirib ki, ABŞ-ın dövlət katibi postunda qalmağı planlaşdırır. Təhsil-press.az-ın məlumatına görə, daha öncə KİV-lərdə R.Tillersonun postundan istefa verəcəyi, onun yerinə isə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeylinin gələcəyi barədə informasiyalar yer almışdı.
R.Tillerson bu xəbərləri şərh edərkən deyib: "Düşünürəm, bizim dövlət katibimiz var və o, öz postunda qalmağı planlaşdırır".
Qeyd edək ki, ötən gün bu xəbərlərə münasibət bildirən N.Xeyli də dövlət katibi olmaq fikrində olmadığını qeyd edib.

Təhsil-press.az

Oxşar xəbərlər