ABŞ-ın Panamadakı səfiri istefa verdi

ABŞ-ın Panamadakı səfiri istefa verdi ABŞ-ın Panamadakı səfiri Con Fili istefa verib.

Səfir artıq Amerika prezidenti Donald Tramp üçün işləmək vəziyyətində olmadığını bəyan edərək bu addımı atıb.
Amerika dəniz qüvvələrinin keçmiş pilotu etiraf edib ki, öz siyasi inanclarını, hətta müəyyən siyasi qərarları dəstəkləmədiyini büruzə vermədən prezident və administrasiyaya sədaqətlə xidmət edəcəyinə dair söz verib.
“Lakin başa düşdüm ki, artıq apolitik ola bilməyəcəm və istefaya getmək borcumdur. Bu zaman gəlib”, - deyə Fili vurğulayıb.
Dövlət Departamentindən faktı təsdiqləyərək diplomatın martın 9-dan postunu tərk edəcəyini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər