BDU-da gənc jurnalistlər üçün layihəyə start verilib

BDU-da gənc jurnalistlər üçün layihəyə start verilib Bakı Dövlət Universitetinin Rus Mərkəzinin də "Real jurnalistika məktəbi" adlı beynəlxalq layihəyə start verilib. Mərkəzin rəhbəri Arzu Məmmədova qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək layihə barədə məlumat verib. Bildirib ki, "Real jurnalistika məktəbi" Rusiyanın "Rus reportyorları" adlı təşkilatının layihəsidir. Qeyri-kommersiya xarakterli layihə keçmiş SSRİ ölkələrinin gənc rusdilli jurnalistləri və jurnalistika fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
Dəyirmi masa ətrafında azərbaycanlı və rusiyalı jurnalistlər medianın gələcəyi barədə diskussiyalar aparıb, fikirlərini bölüşüblər.
"Rus reportyorları" jurnalının baş redaktoru Vitali Leibinin, həmin jurnalın foto redaktoru Valeriy Dzyaloshinskinin və qeyri-kommersiya təşkilatının baş direktoru Dmitri Mixaylinin, kp.ru portalının baş redaktoru Olesya Nosovanın keçirdiyi təlim-seminarlarda 40-dan cox jurnalist və tələbə iştirak edib.

Hikmət Əliyev


BDU-da gənc jurnalistlər üçün layihəyə start verilibBDU-da gənc jurnalistlər üçün layihəyə start verilibBDU-da gənc jurnalistlər üçün layihəyə start verilibBDU-da gənc jurnalistlər üçün layihəyə start verilib

Oxşar xəbərlər