
Əmanətlərin 66,3 faizi xarici, 33,7 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 74,1 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.
2018-ci il fevralın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 11 milyard 656,1 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 9 milyard 500,0 milyon manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Tehsil-press.az