Mədət Quliyev veloyürüşdə

Mədət Quliyev veloyürüşdə Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib.
Veloyürüş qurumun nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə baş tutub.
Veloyürüşdə DTX-nin rəisi, general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.
Qeyd edək ki, Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı sərəncamla hər il 28 mart Azərbaycanda təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Tehsil-press.az

Oxşar xəbərlər