TARİXDƏ BU GÜN - 30 YANVAR

TARİXDƏ BU GÜN - 30 YANVAR 1992-ci il. Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvlüyünə qəbul olunub. ATƏM (1995-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır) Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.
TARİXDƏ BU GÜN - 30 YANVAR
1992-ci il. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb. Komitənin vəzifələri gömrük işini təşkil etmək və onu təkmilləşdirmək, gömrük siyasətini həyata keçirmək, ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq, gömrük ərazisinin vahidliyini təmin etmək, gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etməkdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilir.
TARİXDƏ BU GÜN - 30 YANVAR
1948-ci il. Hindistan Azadlıq Hərəkatının rəhbəri, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Mahatma Qandi sui-qəsd nəticəsində qətlə yetirilib. Mahatma Qandi pisliyə qarşı çıxan, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxarım, bütün dünyada vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olub. Hindistanda rəsmi şəkildə “Xalqın atası” elan edilən M.Qandi Yeni Dehlidə yerləşən Birla evinin bağçasında gecə gəzintisi zamanı qətlə yetirilib.

Tehsil-press.az

Oxşar xəbərlər