Bakıda 26-27 mart tarixlərində Qeyri-infeksion xəstəliklər və Qlobal psixi sağlamlıq simpoziumu keçirilib. Bu nüfuzlu beynəlxalq simpoziumun ilk günü Milli Psixi Sağlamlıq Mərkəzində baş tutub.
Martın 27-də simpozium işini Azərbaycan Tibb Universitetində (ATU) davam etdirib. Plenar iclasda giriş sözü ilə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professoru Sabir Əliyev simpoziumun əhəmiyyətindən danışıb: “Simpoziumun həsr olunduğu mövzular dünyanın hər yerində əhali üçün çox aktualdır. İnsanların sağlamlığına aid olan bu məsələlər barədə daha çox danışmalı, daha çox maarifləndirmə işi aparmalıyıq”.
Professor S.Əliyev simpozium iştirakçılarına ATU-nun tarixi haqqında da qısa məlumat verərək qeyd etdi ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb: “Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetimizin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan yaradır. Bizim bir çox xarici ölkə universitet və klinikaları ilə də sıx əlaqələrimiz var”.
Daha sonra Boston Uşaq Xəstəxanası, Harvard Tibb Məktəbinin mərkəz direktoru, MPH Kerim Munir çıxış edərək, simpoziumun işinə uğurlar arzuladı. Azərbaycan Psixiatriya Assosasiyasının prezidenti, professor Nadir İsmayilov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, psixiatr İkram Rüstəmov belə bir mötəbər toplantının Azərbaycanda keçirilməsinin ölkəmizdə səhiyyə sahəsinin inkişafının göstəricisi olduğunu bildirdilər.
Daha sonra plenar iclas işini müxtəlif mövzulrdakı məruzələrdlə davam etdirdi. Boston Uşaq Xəstəxanası, Harvard Tibb Məktəbində mərkəz direktoru Kerim Munir “Autizm xəstəlikləri və əqli xəstəliklərə qulluq topoqrafiyası: xərclər, iş yükü və həyat keyfiyyəti”, Norveç DPA-nın Uşaq və Yeniyetmələrin Psixiatriyası Bölməsinin sədri və Qrinviç Koordinatoru Norbert Skokauskas “Uşaq və Yeniyetmə Psixiatriyasının qlobal problemləri üzrə Dünya Psixiatriya Assosiasiyasının Uşaq və Yeniyetmələrin psixiatriyası üzrə proqnozları”, Çexiya Respublikasının Çarlz Universiteti, IACAPAP sədri Maykl Goetz “Əqli xəstəlikləri olan valideynlərin uşaqları: Öyrənilən dərslər”, Bahçeşehir Universitetindən Özgür Öner “Autizm xəstəliklərinin aşkarlanmasında Mədəniyyətlərarası təcrübələr” mövzusunda çıxış etdilər.
Harvard Tibb Məktəbi Qordon Harper “Müalicə Planlaşdırmasında Ailə və Cəmiyyətin inteqrasiya olunması”, Türkiyədən Tuncay Ergene isə “Müalicə planlaşdırmasında məktəbin inteqrasiya olunması” mövzuları ilə bağlı fikirlərini açıqladılar. Eyni zamanda, azərbaycanlı mütəxəssislər Psixi Sağlamlıq Mərkəzinin direktoru, ATU-nun Psixiatriya kafedrası professoru Fuad İsmayılov, Nərminə Quliyeva “Azərbaycanda Uşaq və Yeniyetmə Psixiatriyası Təlimləri Vəziyyəti”, “Azərbaycanda Psixiatriya təliminin vəziyyəti”, “Uşaqlıq dövrü depressiv və somatik pozğunluqlar” kimi mövzularla bağlı təqdimatla çıxış etdilər.

Kəmalə Rəhimli