
Mərkəzdən tehsil-press.az-a bildirilib ki, “Emosional və davranış pozuntuları” mövzusuna həsr olunmuş treninqin məqsədi layihə çərçivəsində yaradılan “Ailəyə yardim Mərkəzi"nin komandasına spesifik bilikləri təqdim etməkdir. Treninq “Psixiatriyada Qlobal Təşəbbüs” Beynəlxalq İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən keçirilib.
Treninq zamanı əldə edilmiş bilik və vərdişlər ehtiyacı olan ailələrə zəruri xidmətlərin göstərilməsinə yönəlib. Bu, xüsusilə autizm spektrli xəstəliklərdən əziyyət çəkən uşaq və onların valideynləri üçün nəzərdə tutulub və təhlükəli davranış problemlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə “İnkişaf Naminə Təşəbbüs” İctimai Birliyi tərəfindən icra olunur. Layihənin xarici partnyoru isə dünyanın tanınmış “Psixiatriyada Qlobal Təşəbbüs” İctimai Birliyinin Gürcüstan nümayəndəliyidir.
Tehsil-press.az