Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının AMEA Tibb üzrə Əlaqələndirmə Şurası və Səhiyyə Nazirliyi Elmi Şurasının birgə toplantısı keçirilib. Toplantının birgə keçirilməsində məqsəd AMEA-nın, eləcə də Səhiyyə Nazirliyinin elmi tədqiqat strukturunun, hədəflərinin eyni olması, həm də ortaq toplantıları vaxtaşırı düzənləməklə təcrübə qazanmaqdan ibarətdir.
Tədbiri açıq elan edən AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov gündəlikdə olan məsələlər haqqında məlumat verdi. Azərbaycan elmi-2030: yol xəritəsi, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması, elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlər müzakirə olundu. Professor Nuru Bayramov bildirdi ki, artıq Azərbaycan dünya üzrə inteqrasiya etmiş bir ölkədir: “Bu yaxınlarda Elmlər Akademiyasında, Prezident Administrasiyasında belə bir qərar qəbul olunub ki, 2030-cu ilə qədərki dövrdə Azərbaycan elminin əsas prioritetləri və istiqamətlərini müəyyən edək. Bütün elm sahələri üzrə, o cümlədən də tibb elmi üzrə elmi strategiyanı hazırlayıb təqdim etməliyik. Daha sonra bu strategiya Akademiyada və Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezident Administrasiyasında təsdiq olunacaq və 2030-cu ilə qədərki strategiyamız bunun üzərində qurulacaq".
Daha sonra toplantı iştirakçıları prioritetlər, hədəflər, qeyri-infeksion xəstəliklər və gündəlikdə olan müəyyən məsələlərlə bağlı öz fikirlərini səsləndirdilər.

ATU-nun Mətbuat Xidməti