Havada tozun miqdarı artıb - Normadan 40 faiz yuxarıdır

Havada tozun miqdarı artıb - Normadan 40 faiz yuxarıdır Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Xatırladaq ki, saat 09:00-da bu göstərici 20, 12:00-da 25, 15:00-da 32 faiz sanitar normadan yuxarı olub.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından atmosfer axınları ilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər