Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layihəsini III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasına təqim edib.
Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı təklif olunan dəyişikliklər nəzərə alınıb.
Millət vəkili qeyd edib ki, layihənin II oxunuşda müzakirələri zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.
Daha sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib.
Tehsil-press.az