Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
Tehsil-press.az xəbər verir ki, sədr İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2016-cı ilin payız sessiyası ərzində komitədə görülən təşkilati işlər barədə danışıb.
Hesabat dövründə komitənin ünvanına daxil olmuş 184 məktub, təklif, ərizə və şikayətin 71-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb.
Komitənin 2016-cı ilin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2017-ci ilin yaz sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.
İclasda, “İlk peşə-ixtisas təhsili haqqında” Qanun layihəsi üzrə işçi qrupunun tərkibinin təsdiq edilməsi məsələsinə baxılıb. Bildirilib ki, bu qanun layihəsi üzrə işçi qrupu yaradılıb. İsa Həbibbəylinin rəhbərlik edəcəyi işçi qrupuna deputatlar və müvafiq strukturların nümayəndələri daxil edilib. Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib.
Tehsil-press.az