Azərbaycanda “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bununla bağlı komitə sədri İsa Həbibbəylinin rəhbərliyi ilə işçi qrupu yaradılıb.
Deputat qeyd edib ki, işçi qrupunda Təhsil Nazirliyi və digər aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri təmsil olunurlar. B.Əliyev hesab edir ki, qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

Hüseyn Şərifov