Alimlər su altında əmrləri yerinə yetirən robot ixtira ediblər

Alimlər su altında əmrləri yerinə yetirən robot ixtira ediblər ABŞ alimləri su altında işləmək üçün robot ixtira ediblər. “SwarmDiver” adlı robot su anbarlarının monitorinqi üçün nəzərdə tutulub. Kompleks suyun altında 50 metrə qədər dərinlikdə əmrləri yerinə yetirir. Robot kənd təsərrüfatında, həmçinin müdafiə məqsədilə tətbiq edilə bilər.
Sistemi suya həm sahildən, həm də gəmi vasitəsilə salmaq mümkündür.
“SwarmDiver”in hər bir elementi 74 santimetr uzunluğa və iki motora malikdir. Robot saniyədə 2,2 metr sürət toplaya, həmçinin suya enə bilər. Akkumulyatorun həcmi su altında 2,5 saat işləməyə, yeddi kilometr məsafə qət etməyə imkan verir.

Tehsil-press.az

Oxşar xəbərlər