Robotlar dad və qoxunu hiss edəcəklər

Robotlar dad və qoxunu hiss edəcəklər Böyük Britaniyanın paytaxtı Londonda və İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən və robot texnikasına istiqamətlənmiş “Rewired” vençur studiyası dad və qoxunun rəqəmsallaşdırılması üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqqında razılığa gəlib.
“Aromyx” dad və qoxunun rəqəmsallaşdırılmasını təmin etməyə imkan verən texnologiyanın hazırlanması ilə məşğul olur. Şirkət insana xas olan iybilmə sistemini yaradıb.
Dad və qoxunun rəqəmsal təqlidi mühəndislər, bioloqlar və kimyaçılar üçün çətin məsələ idi, çünki bunun üçün hər üç sahənin əlaqələndirilməsi tələb olunurdu. Lakin Stenford Universitetinin alimləri ilə əməkdaşlıq edən “Aromyx” insanın hiss orqanlarının beyinə göndərdiyi biokimyəvi siqnalların yenidən yaradılması və bu siqnalların informativ yolla ölçülməsi üsulunu aydınlaşdırıb. Bu üsulla birdəfəlik istifadə üçün nəzərdə tutulan, müxtəlif mühitlərə uyğunlaşdırılan biosensor “EssenceChip” yaradılıb. Bu texnologiyanın tətbiq dairəsi kifayət qədər genişdir. “Aromyx” robot texnikası üçün də böyük imkanlar yaradacaq. “Rewired” vençur studiyasının nümayəndələri iddia edirlər ki, sensor qabiliyyətlərin yaxşılaşdırılması növbəti nəsil “ağıllı” robotların yaradılmasına yol açacaq.

Təhsil-press.az

Oxşar xəbərlər