Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmə iclasları Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərinin bazasında təşkil olunur.
Konfransın növbəti bölmə iclası Moskvada, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda (DRİ) keçirilib. “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda keçirilən bölmə iclasını DRİ-nin filologiya fakültəsinin dekanı Andrey Şerbakov açaraq bildirib ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında mehriban qonşulluq əlaqələrinin qurulmasında xidmətləri danılmazdır. DRİ-nin Azərbaycanın bir çox təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan A.Şerbakov Rusiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsində müxtəlif humanitar layihələrin, tələbə mübadilələrinin rolunu diqqətə çatdırıb, bu layihələrin coğrafiyasının genişləndirilməsinin, təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda multikulturalizmin qorunub saxlanılması sahəsində gördüyü işlərdən danışıb, iki ölkənin elm adamları, universitetləri və tələbələri arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri Məmməd Əliyev “Heydər Əliyev və müasir Azərbaycanda tolerantlıq”, professor Gülnarə Hüseynzadə “XXI əsrdə multikulturalizm”, ADU-nun Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri İrina Kunina “Azərbaycan daxili və xarici siyasətində multikulturalizm və tolerantlıq prinsipləri” mövzularında məruzələrlə çıxış ediblər.
DRİ-nin professoru Natalya Bragina multikultural dialoqun Rusiya və Azərbaycan təhsil ocaqları arasında əlaqələr və təhsil prosesinə təsirindən, institutun dosenti Tatyana Kudoyarova 2015-ci ildən həyata keçirilən “Dünyada rus dili səfirləri” layihəsindən danışıb. Rus dilinin dünyada təbliğinə həsr olunmuş proqram çərçivəsində könüllülərin Azərbaycanın müxtəlif şəhərlərində olduqlarını xatırladan T.Kudoyarova ölkəmizdə rus dilinə və mədəniyyətinə, ədəbiyyatına böyük maraq və sevginin şahidi olduğunu deyib.
İclasda Heydər Əliyev ideyalarının və ölkəmizdəki multikultural dəyərlərin dünyada tanıdılması baxımından konfransın əhəmiyyəti vurğulanıb, Azərbaycanın tolerant ölkə olduğu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyi, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığı qeyd olunub.
Xatırladaq ki, mayın 5-dək davam edəcək konfransın “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda daha bir bölmə iclası Moskva Dövlət Linqvistika Universitetində, “Multikulturalizm və Rusiya azərbaycanşünaslığı” mövzusunda iclas isə Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında təşkil olunacaq.

ADU-nun Mətbuat Xidməti