Mayın 19-da Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazirlanması təcrübəsi, problemləri və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar.
Konfrans “Ruskiy mir” fondunun dəstəyi, BSU-nun və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Rusiya arasındakı əlaqələrdən danışıb. Bildirilib ki, bu qonşuluq münasibətləri dərin köklərə malikdirlər. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Rusiya ilə əlaqələrimizin inkişafına önəm verir. Ölkəmizdə rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradılıb.

BSU-nun Mətbuat Xidməti