ABŞ-ın Georgetown Universitetinin Uşaq İnkişafı Mərkəzinin Tədris Direktoru, Pediatriya fakültəsinin professoru, Erkən Müdaxilə üzrə Məzun sertifikatı Proqramının Rəhbəri Dr. Toby Long BDU-nun Sosial elmlər və psixologiya fakültəsində müəllimlər üçün"Autizm Spektr Pozuntuları"(Etioloji, Diaqnostik meyar, Müayinə və diaqnoz, Dəlillərə əsasən təcrübələr) və "Uşaqlarda inkişafın ləngimələri"(İnkişaf ləngiməsi olan uşaqların tələbatlarının müəyyən olunması, davranış pozuntuları, əqli gerilik və inkişaf ləngiməsi, kiçik yaşlı uşaqların zehni sağlamlığı, hiperaktivlik və diqqət yayınlığı) mövzularında mühazirə oxuyub. Dr. Long fiziki məhdudiyyəti və xüsusi sağlamlıq ehtiyacları olan uşaqlara xidmətlər üzrə beynəlxalq səviyyədə tanınmış ekspertdir.
Onu da qeyd edək ki, martın ilk ongünlüyündə mühazirələr ictimaiyyətə açıq olacaq. Seminarda iştirak üçün qeydiyyat tələb olunur.
Onu da qeyd edək ki, martın ilk ongünlüyündə mühazirələr ictimaiyyətə açıq olacaq. Seminarda iştirak üçün qeydiyyat tələb olunur.
Mətbuat və informasiya şöbəsi