Dağıstanda polis öz həmkarlarına atəş açdı

Dağıstanda polis öz həmkarlarına atəş açdı Dağıstanda polis əməkdaşı həmkarlarına atəş açıb.

Tehsil-press.az bildirir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
Məlumata görə, hadisə çərşənbə axşamı günü Qızılyurd şəhərindəki kafelərdən birində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Polisdəki mənbənin verdiyi məlumatda bildirilir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Amma həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı xidməti araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər