Cari ilin 17-18 aprel tarixlərində Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" və “Politico” xəbər portallarında Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsi ilə bağlı Yerevanda keçirilən etiraz aksiyaları barədə “Thousands protest Sargsyan’s PM bid in Armenia, several hurt in scuffles”, “Thousands protest in Armenian capital as Sargsyan approved as PM” və “Armenian strongman does a Putin” başlıqlı yazılar dərc edilib.
Yazılarda, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması əleyhinə keçirilən etiraz aksiyalarında, müxalifətin Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham etdiyi qeyd olunur, aprelin 16-da parlament binasına doğru yürüş edən mitinq iştirakçıları ilə polis arasında toqquşmalar nəticəsində onlarla insanın xəsarət aldığı və aprelin 17-də müxalifət lideri Nikol Paşinyanın Ermənistanda “məxməri inqilabın” başlandığını bəyan etdiyi vurğulanır.
Həmçinin S.Sarkisyanın öz həmvətənlərinə uzun illərdən bəri 2018-ci ildə prezidentlik müddətini başa vurduqdan sonra bir daha öz namizədliyini nə dövlət başçısı, nə də baş nazir vəzifəsinə irəli sürməyəcəyinə dair verdiyi sözə də əməl etmədiyi bildirilir.
Tehsil-press.az