Ermənistanda etiraz aksiyalarının lideri tərəfdarlarını baş nazirin ofisinə doğru aparır

Ermənistanda etiraz aksiyalarının lideri tərəfdarlarını baş nazirin ofisinə doğru aparır Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasının lideri erməni müxalifətçi deputat Nikol Paşinyan tərəfdarlarını Respublika meydanından Baqramyan prospektinə aparır.
Bu prospektdə baş nazirin ofisi və parlamentin binası yerləşir.
Qeyd edək ki, Serj Sarkisyanın aş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-ü balayıb. Müxalifət onu ölkəni səmərəsiz idarə etmədə və iqtisadi vəziyyətin pisləşməsində günahlandırır. Aprelin 16-sı etirazçılar parlament binasına doğru keçmək istəyərkən polislər və etirazçılar arasında toqquşma baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Bundan bir gün sonra etirazçılar Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər