Azərbaycan neftinin bir bareli 75 dollara satılır

Azərbaycan neftinin bir bareli 75 dollara satılır CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 74,99 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,16 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 73,90 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.

Tehsil-press.az

Oxşar xəbərlər