Körpələr evindən qalmaqallı videoya - Cavab

Körpələr evindən qalmaqallı videoya - Cavab Bakıdakı 1 saylı körpələr evindən avtomobillə müxtəlif məhsulların və naməlum əşyaların daşınması ilə bağlı xəbər vermişdik. Bu barədə tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında video yayaraq məlumat yaymışdı. O iddia etmişdi ki, körpələr evindən daşınan uşaqlar üçün gətirilən qida məhsullarıdır. Mətbuatda ciddi rezonansa səbəb olan bu informasiyaya cavab gecikməyib.
Körpələr evinin baş həkimi Nəhayət Əliyeva “Qafqazinfo”ya açıqlama verərək bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır. Baş həkim bu dəstlərin dəyişdirilmək və ya yuyulmaq üçün aparıldığını açıqlayıb.
Onun sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Bu səbəbdən yayılan video yanlış qələmə verilib:
“Bura nazirlik tərəfindən ciddi nəzarət olunur. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Bu, yolverilməzdir”.

Tehsil-press.az

Oxşar xəbərlər