Fransada 300-dən çox uşaq zəhərlənib

Fransada 300-dən çox uşaq zəhərlənib Fransanın Ruan şəhərindən məktəb yeməkxanasında nahardan sonra 300-dən çox uşaq zəhərlənib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər verir. Məlumata görə, şəhərin təxminən 50 tədris mərkəzinin - 41 məktəbin və 6 körpələr evinin - şagirdləri eydi qida kombinatından gətirilən yeməyi yedikdən sonra özlərini pis hiss ediblər. Zəhərlənənlərin bir hissəsi uşaq xəstəxanalarına yerləşdiriliblər. Zəhərlənənlərin həyatına təhlükə yoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər